Yığmamız Malta və Belarusla qarşılaşacaq
17.03.2016 - 18:14
Yığmamız Malta və Belarusla qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı keçəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamızın Bakı hazırlığı martın 18-dən 22-dək baş tutacaq.

 

U-16 yığmamız ayın 23-dən 28-dək isə Maltanın Valletta şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Komandamızın heyəti və oyunlarının təqvimi aşağıdakı kimidi:

 

Heyət: Seymur Əliyev, Fərid Nadirov, Hüseyn Hüseynzadə, Xaqani Sadıqov, Şakir Seyidov, Nicat Məmmədov, Nicat Mehbalıyev, Tahir Zeynalov, Kamran Quliyev, Bəşir Ayralov, Sultan Mustafayeva, Fərid Mahmudov, Soltan Mürşüdov, Hüseyn Əhmədov, Vüsal Mustafayev, Zahid Mərdanov, Əmrah Zülfüqarlı, Elvin Cəfərquliyev, Elton Əlibəyli, Əli Hacıyev.

 

Təqvim:

 

24 mart

16:15. Azərbaycan – Lixtenşteyn

 

26 mart

13:30. Azərbaycan – Malta

 

28 mart

13:30. Azərbaycan – Belarus

 

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.