Yığmamız Özbəkistana qalib gəldi
16.07.2016 - 10:10
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Özbəkistanın U-19 komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Manə Mollayeva və Kristina Bakarandze vurub.
Qeyd edək ki, iyulun 17-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. “Dalğa Arena”dakı matç saat 19:00-da başlayacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0