Yığmamız rostovluları məğlub etdi
15.06.2016 - 12:27
Yığmamız rostovluları məğlub etdi

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Rostovu təmsil edən OİK-2 komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.

 

Futbolçularımızdan Xaqani Sadıxov dubl edib. Bir qolun müəllifi isə Samir Qurbanov olub.