Millimiz Sloveniyaya qalib gəldi
11.06.2016 - 10:39
Millimiz Sloveniyaya qalib gəldi

Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Sloveniya komandası ilə qarşılaşıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.

 

Sloveniya komandasının qapısından topları Gizem Tenekeci və Merve Özdemir keçirib.

 

Qeyd edək ki, ilk görüşdə Rumıniyaya 1:4 hesabı ilə uduzan komandamız növbəti oyununa sabah çıxacaq. Rəqib Türkiyə yığması olacaq.