Yığmamızı Gürcüstana aparan yol
03.10.2016 - 16:25
Yığmamızı Gürcüstana aparan yol

Sabah 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin ilk qarşılaşmaları V qrupda baş tutacaq.

 

Litvada mübarizə aparacaq komandaların iştirakı ilə ilk görüşdə Azərbaycan yığması Avstriya ilə üz-üzə gələcək. Nazim Süleymanovun yetirmələri ardınca Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu iki qarşılaşma Mariampol şəhərində eyni adlı klubun stadionunda baş tutacaq.

 

Son matçını Alitusda eyniadlı klubun meydanında keçirəcək yığmamız Litva ilə üz-üzə görüşəcək. Millimiz elit-raunda yüksəlmək üçün ilk iki yerdən birini tutmalıdı. Yığmamız 3-cü olsa, digər qrupların nəticələrini gözləməlidi. Çünki ən yaxşı 3-cü yer sahibi də mərhələ adlayacaq.

 

Qeyd edək ki, AÇ-2017-nin final mərhələsi Gürcüstanda keçiriləcək.

 

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup

I tur, 4 oktyabr

15:00. Avstriya – Azərbaycan

Mariampol. “Mariampol” stadionu

18:00. Litva – Bosniya və Herseqovina

 Alitus. “Alitus” stadionu

 

II tur, 6 oktyabr

15:00. Bosniya və Herseqovina – Azərbaycan

Mariampol. “Mariampol” stadionu

18:00. Avstriya - Litva 

Alitus. “Alitus” stadionu

 

III tur, 9 oktyabr

15:00. Azərbaycan – Litva

Alitus. “Alitus” stadionu

15:00. Bosniya və Herseqovina - Avstriya

Mariampol. “Mariampol” stadionu

 

 

 

0