Yığmamızın futbolçusu oynadı, komandası uduzdu
23.04.2016 - 10:50
Almaniya çempionatının Qərb regionalliqasında XXXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Tuğrul Eratın şərəfini qoruduğu “Fortuna-2” səfərdə “Alemaniya Aşen” ilə görüşüb.
Düsseldorf təmsilçisi bu matçda 0:1 hesabı ilə uduzub. Start heyətində meydana çıxan təmsilçimiz 90 dəqiqə oynasa da, komandasının xal qazanmasına fayda verə bilməyib.
32 matçda 51 xal toplayan “Fortuna-2” 19 komanda arasında 6-cı pillədə qərarlaşıb.
0
0