Martın 26-da Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Qazaxıstan yığmasının boş qalan baş məşqçi postuna əcnəbi mütəxəssis gətirilə bilər. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyasının keçirdiyi sorğunun birinci mərhələsinin nəticələri ictimaiyyətin legionerin tərəfdarı olduğunu göstərib.
Belə ki, qazaxıstanlılar federasiyanın rəsmi saytı vasitəsilə yerli və ya əcnəbinin yığmaya keçirilməsini səsverməyə çıxarıb. Əvvəldən elan olunub ki, 50 min respondentin iştirak edəcəyi halda, nəticələr qeydə alınacaq.
Lakin sorğuda cəmi 2600 nəfər iştirak edib. Bunun 1755-i legioner, 845-i yerli məşqçinin tərəfdarı olub.
Qeyd edək ki, federasiya baş məşqçinin adını yanvarın sonunda açıqlayacağını elan edib.