[b]Yığmamızın rəqiblərinin oyununda Avstriya sevindi[/b]
25.10.2016 - 17:35
[b]Yığmamızın rəqiblərinin oyununda Avstriya sevindi[/b]

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda ilk oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı qrupun açılış matçında Rumıniya və Avstriya üz-üzə gəlib.

 

Mini turnirin ev sahibi olan rumıniyalılar 20-ci dəqiqədə hesabı açıb. Lakin qonaqlar əzmkarlıq nümayiş etdirərək, oyunda dönüş yarada biliblər.

 

Belə ki, Krienzer 33-cü dəqiqədə hesabda tarazlıq yaradıb. Fasilədən 3 dəqiqə sonra isə Manolaxenin avtoqolu Rumıniya yığmasının məğlubiyyətinə səbəb olub – 1:2.

 

Qeyd edək ki, ilk turda keçiriləcək Azərbaycan – İngiltərə matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.