Yığmamızın üzvü fərqləndi, komandası qələbə qazandı
11.01.2015 - 17:06
Yığmamızın üzvü fərqləndi, komandası qələbə qazandı

Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Karlsrue" hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Almaniya klubu yoxlama oyunda qüvvəsini sınayıb.

 

"Sonnenhof Qrossaşpax"la qarşılaşan Nazarovun komandası 2:1 hesabı ilə qələbə qazanıb.

 

Təmsilçimiz meydana 46-cı dəqiqədə daxil olub. 10 dəqiqə sonra isə Nazarov oyunda hesabı bərabərləşdirib. Onun 22 metr məsafədən vurduğu güclü zərbəsi dəqiq olub.

 

Qeyd edək ki, Almaniya II Bundesliqasında mübarizə aparan "Karlsrue" 33 xalla hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşır.