Yunanıstanla oyun başına bəla oldu, iki matç cəza aldı
25.12.2016 - 22:38
FİFA Bosniya və Herseqovina millisinin baş məşqçisi Mehmed Bajdareviçi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna, mütəxəssisin DÇ-2018-in seçmə mərhələsinin Yunanıstana qarşı oyunda (1:1) baş vermiş qalmaqalda iştirakı səbəb olub.
Dünyanın ali futbol qurumu Pireydə baş tutmuş oyundakı qalmaqala görə Bajdareviçi 2 oyun və 5 min İsveçrə frankı məbləğində cəzalandırıb.
Bu da o deməkdi ki, mütəxəssis DÇ-2018-in seçmə mərhələsinin Cəbəllütariqə qarşı martın 25-də, Yuanıstanla isə iyunun 9-da keçiriləcək ev oyunlarında komandasına texniki zonadan göstəriş verə bilməyəcək.
0
0