Yurgen Klopp: Şeytanlar kimi döyüşdük
15.04.2016 - 09:34
Yurgen Klopp: Şeytanlar kimi döyüşdük

“Unudulmaz gecə oldu. Şeytanlar kimi döyüşdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

 

Avropa Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmasında “Borussiya” üzərində əzmkar qələbə (4:3) qazanan “mersisaydlılar” adlarını yarımfinala yazdırıblar.

 

Matçdan sonra fikirlərini bölüşən Klopp yenə özünəməxsus açıqlaması ilə seçilib: “Oyunun sonunda bəxtimiz bir qədər gətirdi. Emosiyalarım aşıb-daşır. Matç bitəndən bəri sağ əlim ağrıyır. Niyə ağrıdığı bilmirəm. Ola bilsin, kimsə məni vurub, amma bu, vacib deyil”.

 

Qeyd edək ki, “Liverpul”la yanaşı, “Sevilya”, “Vilyareal” və “Şaxtyor” klubları da AL-də yarımfinala adlayıblar.