Zikoya çatdı, növbədə Romariodu
07.09.2016 - 12:06
DÇ-2018-in seçmə mərhələsində Kolumbiya ilə görüş Braziliya yığmasının hücumçusu Neymar üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard millinin heyətində qollarının sayını 48-ə çatdırıb.
Bununla Neymar əfsanəvi Zikoya çatıb. Kolumbiya ilə matçda qələbə qolunun müəllifi olan “Barsa”lı ulduz 48 qola 72 oyunda imza atıb. Ziko isə 48 topu 71 qarşılaşmada vurub.
Hazırda “pentakampeonlar”ın 4-cü bombardiri olan Neymar yalnız Romario (55 qol), Ronaldo (62) və Peledən (77) geri qalır.
0
0