Yarımfinal mərhələsinin cütləri bəlli oldu
12.02.2025 - 17:05
Yarımfinal mərhələsinin cütləri bəlli oldu

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, bu raundun cütləri bəlli olub.

Həlledici matça vəsiqə uğrunda “Barselona” “Atletiko”lə,  “Real Sosyedad” “Real”la qarşılaşacaq.

Görüşlərin vaxtı hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, 1/4 finalda “Atletiko” “Xetafe”ni 5:0, “Real” “Leqanes”i 3:2, “Barselona” “Valensiya”nı 5:0, “Real Sosyedad” “Osasuna”nı 2:0 hesabı ilə məğlub edib.