Yoahim Löv geri qayıdır?
15.07.2025 - 11:23
Yoahim Löv geri qayıdır?

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv karyerasını bərpa etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, 65 yaşlı məşqçi Özbəkistan yığmasının sükanı arxasına keçə bilər.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

İddialara görə, tərəflər arasında artıq ilkin danışıqlar baş tutub. Özbəkistan Futbol Federasiyası təcrübəli mütəxəssisi 2026-cı ildə keçirilməsi planlaşdırılan dünya çempionatında komandaya rəhbərlik etməsini istəyir.

Qeyd edək ki, Yoahim Löv 2006–2021-ci illərdə Almaniya yığmasına rəhbərlik edib. O, Almaniyanı 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında çempionluğa daşıyıb. Həmin uğura görə Löv eyni ildə FİFA tərəfindən ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.