“Yunayted” Danimarka millisinin üzvünü istəyir
21.01.2025 - 19:59
İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda A Seriyası təmsilçisi “Leççe”də forma geyinən Patrik Dorqunu transfer etmək istəyir.
“Qırmızı şeytanlar” oyunçu üçün 35 milyon avro ödəməyə hazırdı.
Premyer Liqa klubunun baş məşqçisi Ruben Amorim müdafiəçini şəxsən transfer etmək istəyir.
Qeyd edək ki, 20 yaşlı Dorqu bu mövsüm İtaliya təmsilçisinin heyətində çıxış etdiyi 22 rəsmi qarşılaşmada 3 qol, 1 assistlə yadda qalıb.
0
0