“Yunayted”in Reşford planı: NİDERLANDLI GÜNDƏMDƏDİR
21.06.2026 - 16:42
“Mançester Yunayted” “Vest Hem”in futbolçusu Krisensio Sammervillə maraqlanır.
Apasport.az xəbər verir ki, Mançester təmsilçisi 24 yaşlı vingeri Markus Reşfordun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
“Vest Hem” niderlandlı futbolçu üçün təxminən 50 milyon funt-sterlinq tələb edir.
Sammervil də London klubundan ayrılmaq niyyətindədir. Buna “Vest Hem”in Çempionşipə düşməsi səbəb olub.
Qeyd edək ki, Krisensio Sammervil “Vest Hem”ə “Lids”dən transfer olunub.
0
0