Yurgen Kloppun köməkçisi "Beşiktaş" yolunda
18.04.2024 - 11:11
Yurgen Kloppun köməkçisi "Beşiktaş" yolunda

Fernando Santuşla yollarını ayırdıqdan sonra mövsümün sonuna qədər komandanı Serdar Topraktepeyə həvalə edən "Beşiktaş" rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az "Sabah" qəzetinə istinadla xəbər verir ki, "Liverpul"da Yurgen Kloppun köməkçisi olan Pepin Linders "Beşiktaş"a təklif olunub.

2018-ci ildən Kloppun yanında olan hollandiyalı mövsümün sonunda İngiltərə komandası ilə vidalaşacaq alman çalışdırıcıdan sonra məşqçilik karyerasına başlamağı planlaşdırır. 

Daha əvvəl Paulo Fonseca və Brendan Rodgers kimi məşqçilərlə çalışmış 41 yaşlı mütəxəssis Hollandiya təmsilçisi "NEC Nijmegen"də 22 oyunluq məşqçilik təcrübəsi olub.

Qeyd edək ki, "Ayaks" Lindersə iddialı klublar arasındadır. 

0