"Yuventus" "Milan"ın kapitanı ilə maraqlanır
31.12.2024 - 11:46
"Milan"ın sağ cinah müdafiəçisi Davide Kalabriya karyerasını "Yuventus"da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "qoca sinyora" italiyalını azad agent kimi komandaya cəlb etməyi nəzərdən keçirir.
28 yaşlı futbolçunun "rossonerilər"lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Klub kapitanın müqaviləsini yeniləmək niyyətində deyil.
Kalabriya bütün karyerasını "Milan"da keçirib. O, "qırmızı-qaralar"ın heyətində bütün yarışlarda 268 oyuna çıxıb, 10 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0