"Yuventus" serbiyalı yarımmüdafiəçi ilə maraqlanır
30.04.2024 - 12:55
"Yuventus" serbiyalı yarımmüdafiəçi ilə maraqlanır

İtaliya A Seriyası təmsilçisi “Yuventus” "Udineze"nin yarımmüdafiəçisi Lazar Samarciçi ala bilər.

Apasport.az “Tuttosport”a istinadən xəbər verir ki, gələn yay “Yuventus” Samarciçi 16 milyon avroya almaq imkanı əldə edəcək. 22 yaşlı futbolçunun özü də “Yuventus”a keçməkdə maraqlıdır. 

“Transfermarkt” portalı yarımmüdafiəçinin dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, cari İtaliya çempionatında 30 matça çıxan serbiyalı oyunçu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0