"Yuventus" yeni qapıçı ilə anlaşıb
26.04.2024 - 11:13
"Yuventus" yeni qapıçı ilə anlaşıb

İtaliya A Seriyasında çıxış edən "Monza"nın qapıçısı Mişel di Qreqorio "Yuventus"la anlaşıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçuya "Milan" da maraq göstərirdi, amma "Yuventus" rəqibinə qarşı mübarizədə qalib gələ bilib.

“Qoca sinyora”nın rəhbərliyi qapıçı ilə prinsipial razılığa gəlib. Di Qreqorio Turin klubu ilə 2029-cu ilə qədər müqavilə imzalamağa hazırdır. İtalyanın maaşı illik 2 milyon avro və bonuslar olacaq.

Qeyd edək ki, Mişel “İnter”in məzunudur. O, 2022-ci ildən "Monza"nın şərəfini qoruyur. Cari mövsümdə futbolçu A Seriyasında 30 oyunda 30 qol buraxıb. 

0
Monza Yuventus İtaliya A Seriyası Milan Mişel di Qreqorio