“Yuventus”da yeni müqavilə
03.11.2023 - 00:14
"Yuventus" daha bir futbolçusu ilə yeni müqavilə imzalayır.
Apasport.az xəbər verir ki, Turin klubu müdafiəçi Qleyson Bremeri heyətində saxlamaq niyyətindədir.
“Ağ qaralar” Braziliya millisinin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi ilə danışıqları yekunlaşdırıb. Yaxın günlərdə yeni razılaşma imzalanacaq.
Qeyd edək ki, “Yuventus” Bremeri 2022-ci ilin yayında 41 milyon avroya "Torino"dan transfer edib. “Qoca sinyora” ilə razılaşması 2027-ci ildə bitəcək futbolçu bu mövsüm 10 matçda meydana çıxıb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0