"Yuventus"dan Kyeza qərarı
04.04.2024 - 11:39
"Yuventus"dan Kyeza qərarı

Futbol üzrə İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" hücumçusu Federiko Kyezanı itirmək istəmir. 

Apasport.az "La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "qoca sinyora" italyan futbolçu ilə müqaviləni 2026-cı ilə qədər uzatmaq istəyir.

Kyezanın “Yuventus”la hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.

Klub rəhbərliyi özlərini riskə atmaq və gələn yay Federikonu endirimli qiymətə satmaq istəmir. Bu səbəbdən, rəhbərlik italyan futbolçuya hazırkı şərtlərlə əlavə 1 illik müqavilə təklif etməyə hazırlaşır. 

“Transfermarkt” portalı forvardın dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Kyeza cari mövsüm İtaliya çempionatında 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

0