"Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL
10.06.2026 - 12:22
"Yuventus" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, klub Emiliano Martinezi rənglərinə bağlamaq üzrədir.
İtaliya mətbuatında yayılan məlumata görə, tərəflər 3 illik müqavilə imzalayıblar.
“Qoca sinyora” “Aston Villa”nın qolkiperini aşağı maaşla oynamağa razı salıb. Lakin Turin təmsilçisi Martinez üçün təzminat ödəmək istəmir.
İngiltərə klubunun qapıçını buraxmağa razı olub-olmayacağı isə bəlli deyil.
Qeyd edək ki, argentinalının “Aston Villa” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
0
0