İtaliya A Seriyası təmsilçilərindən “Yuventus”un müdafiəçi problemi davam edir.
Apasport.az xəbər verir ki, Turin klubu həmin mövqeyə futbolçu seçimini edib.
“Qoca sinyora” “Barselona”nın şərəfini qoruyan Ronald Arauxo ilə yaxından maraqlanırdı. Lakin kataloniyalılar onu satmaqdan imtina ediblər.
“Yuventus” arxa xəttə “Milan”ın müdafiəçisi Fikayo Tomorini transfer etmək niyyətindədir.
Turin təmsilçisi “rossonyerilər”ə oyunçunu məcburi satınalma bəndi ilə bərabər mövsümün sonuna qədər icarəyə götürülməsi barədə təklif göndərəcək.
Qeyd edək ki, 27 yaşlı müdafiəçinin “Milan”la müqaviləsi 2027-ci ilin yayında bitəcək.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu