“Yuventus”un üzvü Premyer Liqa yolunda
05.05.2025 - 18:24
“Yuventus”un üzvü Premyer Liqa yolunda

İtaliya A Seriyası təmdilçilərindən "Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Arsenal" və "Aston Villa" serbiyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə"Fichajes" nəşri məlumat yayıb.

"Yuventus" Vlahoviçi yayda satmağı planlaşdırır. İtaliya klubu 25 yaşlı forvard üçün 50 milyon avro tələb edir.

Xatırladaq ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib.

Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.