Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan ilk rəsmi oyununu Türkiyə yığmasına qarşı keçirəcək.
Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasının I qrupunun ilk turu çərçivəsində keçiriləcək görüş sentyabrın 25-də Türkiyənin Kocaeli şəhərində baş tutacaq.
Bu qarşılaşma 54 yaşlı mütəxəssisin Fransa millisinin baş məşqçisi kimi debüt oyunu olacaq.
Fransa millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda Türkiyə, Belçika və İtaliya ilə mübarizə aparacaq.
"Xoruzlar" ilk turdan sonra sentyabrın 28-də Belçikanın qonağı olacaq. Komanda oktyabrın 2-də İtaliyanı qəbul edəcək, üç gün sonra isə yenidən Belçika ilə qarşılaşacaq.
Qeyd edək ki, Fransa Futbol Federasiyası Zinəddin Zidanla 4 illik müqavilə imzalayıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal