“Yuventus” “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzenin transferini başa çatdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, niderlandlı hücumçu qarşıdakı mövsümü icarə əsasında “qoca sinyora”nın heyətində keçirəcək.
Məlumata görə, Turin klubu mövsümün sonunda 25 yaşlı futbolçunun transfer hüququnu 20 milyon avroya almaq imkanına da sahib olacaq.
Qeyd edək ki, Zirkze 2024-cü ilin iyulundan “Mançester Yunayted”in formasını geyinir. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal