Anna Skidan Polşada 2-ci oldu
26.08.2024 - 14:06
Anna Skidan Polşada 2-ci oldu

Azərbaycanın atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb.

Apasport.az Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı çəkicatma yarışında 71.82 metr nəticə göstərib.

Bu nəticə ilə A.Skidan mötəbər yarışda 2-ci yeri tutub.

0