Atletimiz Balkan çempionatında ölkə rekordunu yeniləyib
10.02.2025 - 13:49

Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançı fevralın 8-də baş tutmuş yarışda 1:59.72 dəqiqə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.
Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.
0
0