Marafonda yeni rekord müəyyənləşib
11.08.2024 - 16:44
Marafonda yeni rekord müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir rekord müəyyənləşib.

Apasport.az xəbər verir ki, qadınlar arasında marafon yarışında iştirak edən Niderland təmsilçisi Sifan Hassan 2.22.55 dərəcəsi ilə oyunların tarixinə düşüb.

O, efiopiyalı Tiki Qelananın 2012 London Olimpiadasındakı rekordunu qıraraq qızıl medalın sahibi olub.

Qeyd edək ki, başqa bir efiopiyalı idmançı Tiqst Assefa gümüş, kenyalı Hellen Obiri bürünc medal qazanıb. 

0