[b]AÇ-2016: Fransa – İslandiya matçının təyinatları açıqlandı[/b]
01.07.2016 - 12:37
[b]AÇ-2016: Fransa – İslandiya matçının təyinatları açıqlandı[/b]

Avropa çempionatının son 1/4 final matçının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA ev sahibləri Fransanın İslandiya ilə qarşılaşmasının təyinatlarını açıqlayıb.

 

İyulun 3-də Sen-Deni şəhərində baş tutacaq görüşü hollandiyalı Byorn Kuypers idarə edəcək. Onun işinə qiyməti isə UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina verəcək.

 


Avropa çempionatı - 2016

1/4 final mərhələsi

 

3 iyul

23:00. Fransa - İslandiya

Baş hakim: Byorn Kuypers

Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra

Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)

Dördüncü hakim: Milorad Maziç (Serbiya)

Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)

Sen-Deni. “Stad de Frans” 

0