Şahruddinli "Adana" qələbə qazandı
04.05.2024 - 19:49
Şahruddinli "Adana" qələbə qazandı

Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” Türkiyə Superliqasının 35-ci turunda “İstanbulspor”a 1:0 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, 90 dəqiqə meydanda olan Şahruddin komandanın 3 xal qazanmasında böyük pay sahibi olub. Adanalılar 4 turdan sonra 3 xal qazanıblar.

Qeyd edək ki, “Adana Dəmirspor” 44 xalla 11-ci pillədə qərarlaşıb.

0