UEFA-dan yarımfinalçıya cəza
04.07.2016 - 18:56
UEFA-dan yarımfinalçıya cəza

AÇ-2016-nın yarımfinalına vəsiqə Portuqaliya millisinə baha başa gəlib. Apasport.az saytının məlumatına görə, UEFA pireneyliləri 7 min avro cəzalandırıb.

 

Buna portuqaliyalı azarkeşlərin hərəkətləri səbəb olub. Onlar 1/4 finalın Polşa ilə görüşündən sonrakı hərəkətləri ilə Portuqaliya Futbol Federasiyasına ziyan vurub.

 

Fanatların pirotexniki vasitələrdən istifadəsi üçün 2 min avroluq cəza tətbiq edən qurum azarkeşlərdən birinin oyun vaxtı meydana qaçmasına daha ağır sanskiya verib. Bu, federasiyaya 5 min avroya başa gəlib.

0