[b]Aziz Yıldırımdan azərbaycanlı atletə təbrik[/b]
05.10.2017 - 18:30
[b]Aziz Yıldırımdan azərbaycanlı atletə təbrik[/b]

“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım azərbaycanlı atlet Ramil Quliyevi təbrik edib. Apasport.az saytının məlumatına görə, funksioner Türkiyə millisinin şərəfini qoruyan dünya çempionunun uğurlarının ardının gələcəyinə inandığını açıqlayıb.

 

O bildirib ki, Londonda tarixi uğur əldə edərək, Türkiyənin bayrağını yüksəklərə qaldıran Quliyev daha böyük qələbələr qazanacaq: “O, Avropa Atletika İttifaqı tərəfindən “Avropada ayın atleti seçildi. Bu münasibətlə onu təbrik edirəm”.

 

Qeyd edək ki, avqustun ən yaxşısı seçilən Quliyev ilin ən yaxşısı olmağa da namizəddi. 

0