[b]Dünya çempionuna 6 illik həbs - FOTO[/b]
06.07.2016 - 13:29
[b]Dünya çempionuna 6 illik həbs - FOTO[/b]

Məşhur yüngül atlet Oskar Pistoriusa hökm oxunub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sevgilisi Riva Stinkampı öldürməkdə təqsirləndirilən cənubi afrikalı idmançı həbs edilib.

 

Dəfələrlə Paralimpiya Oyunlarının qalibi olmuş və dünya çempionluğu qazanmış Pistorius fotomodel olan Riva Stinkampı evində bilməyərəkdən öldürdüyünü iddia edib. Lakin bu günkü məhkəmədə 30 yaşlı atletin 6 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

 

Qeyd edək ki, 2013-cü il, fevralın 14-də Pistorius evinə girən sevgilisinin oğru olduğunu zənn edərək, onu öldürmüşdü.

 

0