Dünyanın ən bahalı oyunçuları - Siyahı
03.04.2024 - 15:34
Dünyanın ən bahalı oyunçuları - Siyahı

Dünyanın ən bahlı oyunçuları siyahısı yenilənib. 

Apasport.az "Transfermarkt"a istinadla xəbər verir ki, 140 futbolçudan 57-si Premyer Liqada, 11-i isə "Mançester Siti"də çıxış edir. 

180 milyon avroya “Mançester Siti”nin futbolçusu Erlinq Haaland, “Real”ın hücumçusu Cud Bellinqem və PSJ -nin forvardı Kilian Mbappe reytinqdə birinci pilləni bölüşürlər. 

1. Erlinq Haaland ( "Mançester Siti", 180 milyon avro)

2. Cud Bellinqem ( "Real", 180 milyon avro)

3. Kilian Mbappe ( PSJ, 180 milyon avro)

4. Vinisius Junior ( "Real", 150 milyon avro)

5.  Bukayo Saka ( "Arsenal", 130 milyon avro) 

6. Fil Foden ("Mançester Siti", 130 milyon avro)

7. Florian Virtz ("Bayer Leverkusen", 110 milyon avro)

8. Jamal Musiala ( "Bavariya", 110 milyon avro)

9. Declan Rice ("Arsenal", 110 milyon avro)

10. Viktor Osimhen ("Napoli", 110 milyon avro). 

Qeyd edək ki, top 100-ün ən gənc oyunçusu "Barselona" dan 16 yaşlı  Lamine Yamaldır (75 milyon avro). Siyahıda ən yaşlı oyunçu isə 32 yaşlı Kevin De Bruynedir (60 milyon avro).

1