Mahir oynadı, komandası qələbə qazandı
12.09.2026 - 00:50
Mahir oynadı, komandası qələbə qazandı

Polşa Ekstraklasasında VII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv” növbəti oyununa çıxıb.

Komanda “Motor”la qarşılaşıb. Görüş Emrelinin klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Matça əsas heyətdə başlayan Mahir 87–ci dəqiqədə əvəzlənib.