Premyer Liqada ayın ən yaxşısı: Sergey Yakiroviç
11.09.2026 - 15:12
Premyer Liqada ayın ən yaxşısı: Sergey Yakiroviç

“Hall Siti”nin baş məşqçisi Sergey Yakiroviç İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi seçilib.

Apasport.az xəbər verir ki, bosniyalı mütəxəssis yeni mövsümün ilk ayındakı uğurlu nəticələrə görə bu mükafata layiq görülüb.

Yakiroviçin komandası Premyer Liqanın ilk turunda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edib. Ardınca “Hall Siti” səfərdə “Koventri”yə 1:0 qalib gəlib. Avqust ayına daxil olan bu iki görüşdə komanda maksimum 6 xal toplayıb və qapısından qol buraxmayıb. 

“Hall Siti” III turda isə “Aston Villa” ilə 0:0 hesablı heç-heçə edib. Beləliklə, Premyer Liqadakı ilk 3 turdan sonra Yakiroviçin komandası 7 xal toplayıb və hələ də qol buraxmayıb.

Qeyd edək ki, Sergey Yakiroviç “Hall Siti”ni ötən mövsüm Çempionşipdən Premyer Liqaya çıxarıb. Komanda pley-off finalında “Midlsbro”nu 1:0 hesabı ilə məğlub edərək 9 illik fasilədən sonra İngiltərənin yüksək liqasına qayıdıb.