[b]Useyn Boltun olimpiya “qızıl”ını aldılar[/b]
01.06.2018 - 01:01
[b]Useyn Boltun olimpiya “qızıl”ını aldılar[/b]

Əfsanəvi atleti Useyn Bolt Olimpiya Oyunlarında qazandığı qızıl medalların birindən məhrum olub. Apasport.az saytının məlumatına görə, yamaykalı idmançı Pekin-2008-dəki mükafatından olub.

 

Söhbət 4x100 m estafet qaçışındakı çempionluqdan gedir. Onun komanda yoldaşı Nest karterin analizində dopinq aşkarlanıb. Bu üzdən Yamayka yığması çempionluqdan məhrum edilib.

 

Bolt və komandası məsafəni 37,10 saniyəyə qət etməklə dünya rekorduna imza atmışdı. Lakin Beynəlxalq Olimpiya Komitəsi bu nəticəni ləğv edib. İdman Arbitraj Məhkəməsi (CAS) isə yamaykalıların müraciətini rədd edib.

 

Qeyd edək ki, bu cəzadan sonra qızıl medallar Trinidad və Tobaqo yığmasına verilib. Yaponiya 2-ci, Braziliya 3-cü olub.

0