[b]“Bunun özü kiçik möcüzə deməkdi”[/b] - Rusiya Federasiyası Dövlət Dumasının sədri
28.06.2015 - 14:46
[b]“Bunun özü kiçik möcüzə deməkdi”[/b] - Rusiya Federasiyası Dövlət Dumasının sədri

Bakıda yaradılan “Azarkeşlər evi”ndə I Avropa Oyunlarında medal qazanmış növbəti rusiyalı idmançılarla görüş keçirib. Apasport.az saytı xəbər verir ki, bu dəfə görüşə Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin də qatılıb.

 

Həmyerliləri ilə görüşən Narışkin Avropa Oyunlarında mükəmməl çıxış edən üzgüçüləri təbrik edib. O, ümumilikdə 42 medal (23-7-12) əldə edən rusiyalı üzgüçülərə növbəti yarışlara da eyni tempdə hazırlaşmağı məsləhət görüb. 

 

Narışkin qeyd edib ki, rusiyalı idmançılar ilk Avropa Oyunlarındakı çıxışları ilə bütün Rusiya əhalisinə sevinc hissi bəxş edib: “Siz ölkəmizə çoxlu medallar qazandırdınız. Bununla da, bütün rusiyalıları xoşbəxt etdiniz. Hamı nəfəsini dərib, sizə azarkeşlik edirdi, uğur gözləyirdi. Bunun özü kiçik möcüzə deməkdi. Biz istərdik ki, bu möcüzə hələ çox, qarşıdakı turnirlərdə də təkrarlansın. İdmançılarımız qalib gəldiklərindən, böyük fəxrlə dəfələrlə Rusiyanın himnini oxudum. Mənimlə birlikdə bütün komanda himnimizi ifa etdi. Hər dəfə idmançımız fəxri kürsüyə çıxanda sevindim”.

 

 

0