[b]“Növbəti Avropa Oyunlarını ancaq Rusiya keçirməlidi” - Azad Rəhimov[/b]
07.06.2016 - 11:13
[b]“Növbəti Avropa Oyunlarını ancaq Rusiya keçirməlidi” - Azad Rəhimov[/b]

“Növbəti Avropa Oyunlarını ancaq Rusiya keçirməlidi. Əgər onlar imtina edirlərsə, məsələ mənim səlahiyyətimdə deyil”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

II Avropa Oyunlarının keçirilmə yeri hələ dəqiqləşməyib. Ötən il ilk dəfə Bakıda təşkil olunan yarışın Rusiyada olması gündəmə gəlsə də, sonradan bu ölkənin idman naziri Vitali Mutko bunu istəmədiklərini açıqlayıb.

 

TASS agentliyinə danışan Rəhimov bildirib ki, II Avropa Oyunlarını ancaq Rusiya keçirməlidi: “Avropa Oyunları yaxşı yarışdı və idmançıların təcrübə qazanması üçün əlverişlidi”.

 

Nazirin sözlərinə görə, şimal qonşularımız bu məsələdə idmançılara dəstək olmalıdı: “Əminəm ki, Avropa Oyunlarında iştirak edən atletlər Olimpiadada yaxşı nəticəyə imza atacaqlar. Bu cür turnirdə qazanılan və həmin atmosfer idmançılara kömək olacaq. Avropa Oyunları lazımlıdı və onun yaxşı gələcəyi olmalıdı. Düşünürəm ki, Rusiya bu məsələdə idmançılara kömək edəcək, Kazan onları dəstəkləyəcək”.  

0