Bu gün UEFA Avropa Liqasının final cütü bəlli olub.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə İtaliya təmsilçisi "Atalanta" Fransanın "Marsel" klubunu qəbul edib. Komandalar arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatsa da, bu dəfə İtaliya klubu 3:0 hesablı qələbə qazanaraq həlledici mərhələyə yüksəlib.
İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer"in qonağı olub. Bu cüt arasındakı ilk görüşdə Leverkuzen təmsilçisi 2 cavabsız qolla rəqibini üstələyib. Cavab oyununda 2:2 hesablı heç-heçə edən "Bayer, finala vəsiqə qazanıb.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
9 may
“Bayer” (Almaniya) – “Roma” (İtaliya) 2:2
Qollar: Canluka Mançini, 82-öz qapısına. Yosep Stanişiç, 90+7 – Leandro Paredes, 43-pen; 66-pen.
İlk oyun – 2:0.
“Atalanta” (İtaliya) – “Olimpik” (Marsel, Fransa) 3:0
Qollar: Ademola Lukman, 30. Matteo Ruggeri, 52. Əl-Bilal Ture, 90+5.
İlk oyun – 1:1.
- De Bleker “Barselona” - “Nyukasl” oyununa təyinat alıb
- “Sportinq”dən möhtəşəm geridönüş, “Arsenal” və “Real” 1/4 finalda - YENİLƏNİB
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır
- Əliyar Ağayev 1/8 final matçında - RƏSMİ
- "Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu