Millimiz Moldovaya məğlub olub
14.09.2026 - 20:32
Millimiz Moldovaya məğlub olub

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Moldova yığması ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.

Azərbaycan komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da, saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək.