Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
13.09.2026 - 21:27
İngiltərə Premyer Liqasında IV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, turun mərkəzi görüşü bu gün baş tutub.
Mançester derbisində "Yunayted" "Siti"ni qəbul edib. Qonaqlar ilk hissədə azlıqda qalıb. Fil Foden birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Oyunun taleyini bir qol həll edib. Erlinq Haalandın vurduğu top komandasına qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Siti" 12 xalla turnir cədvəlinin 2-ci, "Yunayted" isə 4 xalla 13-cü pilləsində qərarlaşıb.
- ÇL: "Barselona" “Qalatasaray” səfərindən 3 xalla qayıdır, “İnter” evində uduzdu - YENİLƏNİB
- “Slaviya”nın baş məşqçisi: “Sabah” bizi üstələdi”
- “Sabah” - “Slaviya” matçının ən yaxşısı müəyyənləşib
- Çempionlar Liqası: “Sabah”dan tarixi qələbə - YENİLƏNİB
- Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
0
0