Azərbaycan millisi İsraili məğlub etdi - YENİLƏNİB
26.10.2026 - 12:15
Azərbaycan millisi İsraili məğlub etdi - YENİLƏNİB

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri saat 11:30-da İsrail millisi ilə qarşılaşıb.

Oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutub. Görüşdə 4 qol vurulub. Təmsilçilərimiz 3:1 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, yığmamız daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.