17 Yanvar 11:09 Dünyada 38-ci
DÇ-2014 xəbərləri 17 Yanvar 11:09
405 baxış

Dünyada 38-ci

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı klubların reytinqində ən çox irəliləyişə nail olan komandalar müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, cədbəldə yer alan 402 klubdan 268-i ötən illə müqayisədə mövqeyini yaxşılaşdırıb.

 

Onlardan 6-sı ümumiyyətlə siyahıya yeni daxil olub. Ən böyük irəliləyiş isə Sinqapurun “Home Yunayted” komandasına məxsusdu. Asiyalılar 1580-ci pillədən 301-ci yerə qədər irəliləməklə 1279 addımlıq sıçrayışa sevinib.

 

Azərbaycan üçün fantastik sayıla biləcək 465 pilləlik inkişafa nail olan “Zirə” bu göstəricidə dünyanın 38-cisidi. Bakılılar 761-ci yerdən 296-cıya yüksəlib.

 

Yalnız üç komanda – “Atletik” (İspaniya), “Olimpiakos” (Yunanıstan) və “Seltik” (Şotlandiya) mövqeyini qoruyub. Onların hər üçü ilk “50-lik”dədi. Sonuncular 22-ci, ispaniyalılar 30-cu, yunanlar 49-cudu.

 

“Qarabağ”la “Qəbələ” isə 1 ildə geriləyən 134 klub sırasındadı. Ağdam klubu 54-dən 93-ə, qəbələlilər isə 98-dən 353-ə enib.

Xəbər lenti