[b]Messi haqqında şok iddia [/b]
20.06.2014 - 16:39
[b]Messi haqqında şok iddia [/b]

Lionel Messi haqqında ortaya şok iddia atılıb. Apasport.az xəbər verir ki, Argentina mətbuatı  DÇ-2014-də çıxış edən milli komandanın heyətinin ulduz futbolçu tərəfindən müəyyənləşdirildiyini yazıb.

 

Amma Messinin komanda yoldaşı Xavier Maskerano bunu təkzib edib. Yarımmüdafiəçi “Messini çox yaxşı tanıyıram, o, komanda yoldaşları arasında seçim etməz”  - deyə, ulduz futbolçunu müdafiə edib.

 

Maskerano oyunlara çıxarkən bütün tapşırıqları baş məşçi Alexandro Sabelya tərəfindən aldıqlarını bildirib: “Bizə bütün tapşırıqları Alexandro Sabelya verir. Bosniya və Herseqovina millisinə qarşı oyunda da 4-3-3 taktikası ilə oynamağımızı baş məşqçimiz tapşırmışdı”.

0