[b]Axillesin ilk proqnozu: Rusiya qalib gələcək[/b]
14.06.2018 - 09:54
[b]Axillesin ilk proqnozu: Rusiya qalib gələcək[/b]

Bu gün başlayacaq dünya çempionatının oyunlarına proqnoz vermək üçün ruslar pişik seçiblər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Axilles adı qoyulan heyvan bugünkü qarşılaşma ilə bağlı proqnozunu verib.

 

Pişik yemi olan iki qabın yanına Rusiya və Səudiyyə Ərəbistanı bayrağı qoyulub. Rusiya forması geyindirilən Axilles isə bu ölkənin bayrağının yanındakı qaba yaxınlaşıb. Bununla o, rusların qalib gələcəyini proqnoz verib.

 

Qeyd edək ki, Rusiya – Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə 19:00-da başlayacaq.

0