[b]DÇ-2018: Çerışev Ronaldoya şərik oldu[/b]
20.06.2018 - 01:02
[b]DÇ-2018: Çerışev Ronaldoya şərik oldu[/b]

DÇ-2018-də ilk turun bütün oyunları geridə qalıb. Apasport.az saytının məlumatına görə, ötən gün A qrupunda keçirilən Rusiya – Misir matçı ilə ikinci tura start verilib.

 

Bu görüşdə komandasının 3:1 hesablı qələbəsinə bir qolla töhvə verən Denis Çerışev bombardirlər yarışında zirvəyə şərik olub. Belə ki, İspaniya ilə matçda het-trik edən Ronaldo bu matça qədər zirvədə tək idisə, Çerışev Səudiyyə Ərəbistanı ilə matçda iki, son qarşılaşmada isə bir dəfə fərqlənməklə qollarının sayını 3-ə çatdırıb.

 

Qolçuların yarışında sonrakı yerlərdə hərəyə iki qol vuran Romelu Lukaku (Belçika), Dieqo Kosta (İspaniya), Harri Keyn (İngiltərə) və Artyom Zyuba (Rusiya) gəlir.

 

Qeyd edək ki, bu gün DÇ-2018-də daha 3 qarşılaşma baş tutacaq.

0