[b]DÇ-2018: Luis Suares ən yaxşı seçildi[/b]
20.06.2018 - 21:02
[b]DÇ-2018: Luis Suares ən yaxşı seçildi[/b]

Dünya çempionatının qrup mərhələsində keçirilən Uruqvay – Səudiyyə Ərəbistanı matçının ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA birincilərin hücumçusu Luis Suaresi fərqləndirib.

Millinin heyətində 100-cü matçını keçirən ulduz futbolçu qarşılaşmanın 23-cü dəqiqəsində qələbə qoluna imza ataraq, Uruqvayı 1/8 finala daşıyıb.

Bu, Suaresin matçın qəhrəmanı seçilməsi üçün kifayət edib.

0